XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:00:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pep Qvardiola Qəzza ilə bağlı mövqeyini açıqladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Qəzza zolağında baş verən bombardmanlarla bağlı fikirlərini bölüşüb.

55 yaşlı mütəxəssis Fələstini dəstəkləyən mitinqdə iştirak edib və münaqişədən ən çox zərər çəkənlərin uşaqlar olduğunu vurğulayıb. Qvardiola bildirib ki, beynəlxalq ictimaiyyətin susqunluğu vəziyyəti daha da ağırlaşdırır:

“Biz onları tək qoyduq, tərk etdik. Hökumət qorxaqdır, onlar günahsız insanları öldürmək üçün günahsız insanları göndərirlər. Hakimiyyətdə olanlar bizim susmağımızı istəyirlər, heç nə etməməyimizi gözləyirlər. Biz isə buna qarşı çıxmalı, mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq”, – deyə o qeyd edib.

Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs razılaşmasının imzalanmasından sonra Qəzza zolağında İsrailin həyata keçirdiyi hərəkətlər nəticəsində 400-dən çox insan həyatını itirib.

Etiketlər: