XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:14:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hindistanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 1,26 milyard dollara çatıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Hindistanın Azərbaycan iqtisadiyyatına xarici birbaşa investisiyaları (BXİ) 2016-cı ildən 2025-ci ilin birinci yarısına qədər 480 milyon dollardan 1,26 milyard dollara yüksəlib. Bu barədə məlumat Avrasiya İnkişaf Bankının (EDB) “Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili” adlı hesabatında yer alıb.
Hesabatda vurğulanır ki, Azərbaycan Avrasiya regionunda Hindistanın BXİ-lərinin ikinci ən böyük alıcısıdır, lakin Hindistanın Azərbaycandakı iştirakı yalnız bir investor — “ONGC Videsh” şirkəti ilə məhdudlaşır.
“ONGC Videsh” şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz klasterinin iki əsas obyekti və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya malikdir. Saziş 2013-cü ildə imzalanıb və şirkət 2024-cü ildə bu layihələrdəki payını artırıb. Bu artım nəticəsində Hindistanın Azərbaycan iqtisadiyyatına yatırdığı ümumi investisiya 1,26 milyard dollara çatıb.
Hesabata görə, 2024-cü ildə “ONGC Videsh Limited” Norveçin “Equinor” şirkəti ilə AÇG layihəsində 0,615%, BTC kəmərində fəaliyyət göstərən “BTC Co” şirkətində isə 0,737% pay almaq üçün müqavilə imzalayıb. Bu satınalmalar “ONGC Videsh”in AÇG-də 2,31%, BTC kəmərində isə 2,36% olan mövcud payına əlavədir.
Beləliklə, Hindistanın Azərbaycandakı investisiyaları əsasən energetika sektorunda cəmləşib və strateji tərəfdaşlıq çərçivəsində davam edir.

Etiketlər: