XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:05:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Polşa naziri NATO ölkələrini 2030-cu ilə qədər hərbi xərcləri artırmağa çağırıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO üzvü ölkələri 2030-cu ilə qədər hərbi xərcləri ÜDM-in 5 %-inə çatdırmağa çağırıb.

Nazir bu barədə Polşada akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüş zamanı çıxış edib.

Kosinyak-Kamış bildirib: “Hesab edirəm ki, biz 2035-ci ilə qədər gözləməməliyik, NATO ölkələri silahlanma xərclərini 2030-cu ilə 5 % səviyyəsinə çatdırmalıdırlar.”

Qeyd edək ki, NATO ölkələrinin liderləri 2025-ci ilin iyununda, Vaşinqtonun təşəbbüsü ilə Haaqada keçirilmiş sammitdə müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 %-inə qədər artırılmasına razılıq veriblər.

Etiketlər: