XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:47:12 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zelenski hərbi vəziyyət və səfərbərliyin müddətinin uzadılmasını təsdiqlədi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Məlumata görə, müvafiq qərara əsasən, hərbi vəziyyət və səfərbərlik 3 fevral tarixindən etibarən 90 gün müddətinə, yəni 2026-cı il mayın 4-dək uzadılacaq.

Ukrayna Ali Radasının rəsmi saytında dərc olunan məlumata əsasən, sözügedən qanunlar yanvarın 14-də parlament tərəfindən qəbul edilib və dövlət başçısının imzası ilə qüvvəyə minib.

Qeyd edək ki, bu qərar ölkədə davam edən hərbi-siyasi vəziyyət fonunda təhlükəsizlik tədbirlərinin davam etdirilməsi məqsədi daşıyır.

Etiketlər: