Azərbaycan.media xəbər verir ki, Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Məlumat Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalına istinadən yayılıb.
Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 364 kilometr məsafədə, 23,3 kilometr dərinlikdə yerləşib.