XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:46:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

KOBİA regionlarda sahibkarlarla görüşlər keçirəcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların müraciətlərini yerində öyrənmək və təkliflərini dinləmək məqsədilə görüşlər təşkil edəcək.

Məlumatda bildirilib ki, 2026-cı il ərzində KOBİA rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbulları keçiriləcək.

İlk qəbullar yanvarın 29-da baş tutacaq. İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən “Xaçmaz KOB evi”ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45) keçiriləcək.

Sahibkarlar qəbula gəlmək üçün KOBİA-ya müraciət etməklə öncədən yazıla bilərlər:

Telefon: 055 200 03 79

Email: azar.panahov@smb.gov.az

Əlaqə şəxsi: Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru.

Etiketlər: