XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

KDR-in şərqində silahlı hücum: ən azı 25 nəfər öldürülüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) şərqində Demokratik Qüvvələr Mitinqinin (RDF) həyata keçirdiyi hücum nəticəsində azı 25 nəfər həyatını itirib. Bu barədə Associated Press (AP) yerli insan haqları təşkilatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Konqonun İturi əyalətində 15 nəfər bir evə kilidlənərək yandırılıb, yeddi nəfər isə güllələnərək öldürülüb. Bundan əlavə, Valez Vokutu rayonunda daha üç nəfərin həlak olduğu bildirilir.

Hazırda Konqo hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib və RDF-nin hücumla əlaqəsini təsdiqləməyib. Hadisə bölgədə təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyini göstərir.

Etiketlər: