XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:23:59 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, 22 yanvar 2026-cı il tarixində Sumqayıt şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisə Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

Sumqayıt Tibb Mərkəzindən Teleqraf-a bildirilib ki, zərərçəkənlər – 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı – dəm qazının toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

Zərərçəkənlərin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir və onlara zəruri tibbi yardım göstərilib. Faktla bağlı hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Etiketlər: