XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:50:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

2025-ci ildə Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 402,3 milyon manat olub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 402,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

 Naxçıvanın Nazirlər Kabinetindən bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə 2,8 % azdır.

Ötən il muxtar respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 223,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 179,2 milyon manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə 14 milyard 189,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 0,9 % artım deməkdir. Ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 1,5 % artaraq 6 milyard 748,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % artaraq 7 milyard 441 milyon manat təşkil edib.

Etiketlər: