XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:30:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əmək Məcəlləsinə yeni dəyişiklik: İşçi əsas işdən sonra əlavə işdə işləyə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, artıq qüvvəyə minmiş dəyişikliklərə əsasən, işçi iş saatları başa çatdıqdan sonra əlavə iş yerində işləyə bilər və bunun üçün işəgötürənin razılığı tələb olunmur.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə əlavə edilən iki bənd bu sahədə əvvəl praktikada problem yaradan məsələləri tənzimləyir:

Hüquqşünas qeyd edib ki, bu dəyişikliklər zəruridir, amma praktikada bəzi suallar doğura bilər: “Əsas iş yeri işçiyə əlavə işdə işləməyə razılıq verməlidirmi? Məcəlləyə görə yox, amma dövlət təsisatları və büdcə təşkilatlarında mübahisələr yarana bilər. İşçi əsas iş yerindəki funksiyasını yerinə yetirmək əvəzinə əlavə işdən ezamiyyətə gedə bilər, bu isə bəzi hallarda çətinliklər yarada bilər.”

Etiketlər: