🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 10:01   •   🌡️ Bakı

Bir sıra kəndlərdə 3 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

Azərbaycan.media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, zədələnmiş qaz borusunun bərpası ilə əlaqədar Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3 500 abonentin qaz təchizatının saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.