XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:53:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ziya Bünyadov prospektindəki yanğın nəqliyyat sıxlığına səbəb oldu – polis tədbirlər görür

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar.

Ərazidə vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi, eləcə də yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti üçün zəruri operativ tədbirlər həyata keçirilir.

Bildirilib ki, baş vermiş yanğın səbəbindən Ziya Bünyadov prospektinin yaxınlığında, xüsusilə metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.

Etiketlər: