Azərbaycan.media xəbər verir ki, gecə saatlarında Bakıda yolların buz bağlaması səbəbindən yol-nəqliyyat hadisələri qeydə alınıb.
Belə hadisələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Bakı Beynəlxalq Avtovağzalının qarşısında donmuş yolda sürüşən avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb və nəticədə banı üzərinə aşıb.