XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:11:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əməkdar jurnalist və şair Qərib Mehdi 90 yaşında vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Əməkdar jurnalist və şair Qərib Mehdi 90 yaşında dünyasını dəyişib.

Bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib. O bildirib ki, Qərib Mehdi iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Şair sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.

Qərib Mehdi 21 iyun 1936-cı il tarixində Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb.

1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1979-cu ildən isə Gəncə şəhəri Alimlər Evi nəzdində fəaliyyət göstərən “İlham” ədəbi birliyinə rəhbərlik edib. Onun 10-dan çox bədii kitabı işıq üzü görüb, pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib.

2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qərib Mehdi Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Etiketlər: