XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:15:39 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi açılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada (MEK) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib.

Sərgidə “Azadlıq carçıları”, “Azərbaycan faciələrinin təqvimi”, “Tarixin qan yaddaşı”, “İstiqlal ulduzları”, “Qan borcu”, “20 yaşlı Yanvar”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Şəhidlərimiz – qürur yerimiz” və “Azərbaycana qarşı soyqırımı gerçəklikləri” adlı nəşrlər nümayiş olunur.

Sərgidə həmçinin 20 Yanvar faciəsinə həsr edilmiş metodik vəsaitlər və kitablar, o cümlədən “Yanvar təlatümü”, “20 Yanvar – qan yaddaşımız”, “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər” və “Qara gündəlik” yer alıb. Bundan başqa, 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərə həsr olunmuş “Vətən” poeması, “Məni anama çatdırın” tarixi-bədii əsəri, “Şəhidlər dastanı” və digər nəşrlər də təqdim olunub.

Etiketlər: