XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:14:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Albaneze: ABŞ Prezidenti Trampın Qəzza “Sülh Şurası” təklifini nəzərdən keçirəcəyik

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Fələstinin Qəzza zolağını idarə etmək üçün “Sülh Şurası”nda iştirak təklifini Avstraliya nəzərdən keçirmək niyyətindədir.

Bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze “KIIS 1065 Sydney” radiostansiyasının efirində açıqlama verib. Trampın Qəzzanın “Sülh Şurası”nda iştirak təklifinə münasibət bildirərkən Albaneze bildirib ki, “bütün variantları nəzərdən keçirəcəyik”.

Baş nazir qeyd edib ki, Prezident Trampla kifayət qədər yaxşı münasibətlərə baxmayaraq, Kanberra və Vaşinqton arasında bəzi fikir ayrılıqları mövcuddur. Albaneze bildirib:

“Təhlükəsizlik məsələləri və vacib minerallarla bağlı ABŞ ilə ortaq maraqlarımız var, amma təbii ki, bəzi fikir ayrılıqlarımız da mövcuddur. Bəzən sadəcə fikir ayrılıqlarınızı kənara qoyub ortaq maraqlarınıza diqqət yetirməlisiniz”.

Etiketlər: