XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:51:24 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

COVID-19 mübarizəsində iştirak edən tibb işçilərinə əlavə ödənişlər uzadıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşlarına verilən müddətli əlavələrin müddətini uzadıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavə ödənişlər 2026-cı il aprelin 1-dək veriləcək. Əvvəl bu müddət 2026-cı il yanvarın 1-i kimi müəyyən edilmişdi.

Müddətli əlavələrin məbləği işçilərin fəaliyyət sahəsinə görə fərqləndirilir:

Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli;

Təcili tibbi yardım xidməti göstərən işçilərə, bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli;

Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli.

Qeyd olunub ki, müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilir və COVID-19 ilə əlaqəli əmək şəraitində çalışan bütün dövlət tibb müəssisələrinin işçilərinə şamil olunur.

Bu addım tibb işçilərinin əmək haqlarının qorunması və onların sosial təminatının gücləndirilməsi məqsədini daşıyır.

Etiketlər: