Azərbaycan.media xəbər verir ki, Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt ilə görüşüblər.
ABŞ-ın Qrenlandiyanı əldə etmək niyyəti ilə bağlı keçirilən görüş təxminən bir saat davam edib. Danışıqların yekunları ilə bağlı rəsmi açıqlama verilməyib.