XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:14:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Millət vəkili Elnarə Akimova Prezidentə təşəkkür etdi: “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq olundu

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Millət vəkili Elnarə Akimova sosial şəbəkə hesabında Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Təşəkkürlər, Cənab Prezident!”
Prezident İlham Əliyev 14 yanvar 2026-cı il tarixində “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Konsepsiyanın həyata keçirilməsi ilə milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin yaradılması və mədəniyyət sahəsində sistemli, dayanıqlı inkişaf təmin ediləcək.
Sərəncama əsasən:
Konsepsiya təsdiq edilib;
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tədbirlərin əlaqələndirilməsi və icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verəcək;
İcra monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək;
Nazirlər Kabineti sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Azərbaycan.media xəbər verir ki, bu Konsepsiya ölkəmizin mədəniyyət sahəsində uzunmüddətli strategiyasını müəyyən edən əsas sənəd kimi önəm daşıyır.

 

Azərbaycan.media

Etiketlər: