🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 18:49   •   🌡️ Bakı

Ermənistan ordusunda əsgər ölü tapılıb

Azərbaycan.media xəbər verir ki, bu gün səhər saatlarında Ermənistan ordusunun N hərbi hissəsinin hərbi qulluqçusu Vaqan Petrosyanın meyiti aşkar edilib.

“Armenpress”in verdiyi məlumata görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsgərin bədənində güllə yarası aşkarlanıb.

Nazirlikdən qeyd olunub ki, hadisənin bütün halları araşdırılır və faktla bağlı istintaq aparılır.