XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:24:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabah Şirvanda bir hissəyə qaz verilişində fasilə olacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Şirvan şəhərinin bir hissəsində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət “MİDA” MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xətti “Şirvan Əhali” ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.

Qeyd olunub ki, işlərin icrası zamanı saat 10:00-dan etibarən, işlər başa çatanadək Şirvan şəhərinin ümumi 4 705 abonentini əhatə edən hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Etiketlər: