XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:23:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycandan Ermənistana benzin tədarükü davam edir: növbəti qatar yola salındı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

Bu gün 979 ton “Aİ-92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində Biləcəri stansiyasından Ermənistana 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı olmaqla, ümumilikdə 2 698 ton (48 vaqon) yük göndərilib.

Bundan əvvəl isə 2025-ci il dekabrın 18-də Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük olunmuşdu.

Etiketlər: