🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 14:49   •   🌡️ Bakı

Şamaxı və Göyçayda heyvan satışı bazarlarının fəaliyyətinə icazə verildi

Azərbaycan.media xəbər verir ki, Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı müvafiq qərar qəbul edilib. Bildirilib ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarının da işinə icazə verilmişdi.