XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:01:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakı, Sumqayıt və Abşeronda yanvar pensiyalarının ödəniş tarixi açıqlandı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayına aid pensiyaların ödənişi yanvarın 13-də həyata keçiriləcək.

Məlumata görə, bundan sonra qrafikə uyğun şəkildə respublikanın digər bölgələri üzrə cari ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri təmin ediləcək.

Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən müəyyən olunmuş qrafikə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9–10-da verilirdi.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10 % artırılması planlaşdırılır. Pensiyalardakı artım orta aylıq nominal əməkhaqqının əvvəlki illə müqayisədə yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7 % artaraq 1093 manata çatıb.

Etiketlər: