🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:00   •   🌡️ Bakı

ABŞ səfirliyi Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu riski ilə bağlı xəbərdarlıq edib

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Kiyevdəki səfirliyi yaxın günlərdə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hava hücumu təhlükəsi barədə xəbərdarlıq yayıb.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi saytında açıqlama dərc olunub. Bildirilib ki, səfirlik istənilən vaxt baş verə biləcək mümkün genişmiqyaslı zərbələrlə bağlı xəbərdarlıq alıb.

Bu səbəbdən ABŞ vətəndaşlarına hava həyəcanı elan edildiyi təqdirdə dərhal sığınacaqlara üz tutmaları tövsiyə olunub. Qeyd edilib ki, təhlükə Ukraynanın bütün regionlarını əhatə edir.

Səfirlik eyni zamanda hava təhlükəsi zamanı görülməli ilkin təhlükəsizlik tədbirləri ilə bağlı tövsiyələrini də ictimaiyyətə təqdim edib.