XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:47:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Başından xəsarət alan 10 yaşlı Sərxan reanimasiya şöbəsindən palataya köçürülüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, ötən ay yol-nəqliyyat hadisəsi zamanı başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsindən palataya köçürülüb.

Xəstəxanadan bildirilib ki, xəstə artıq 7 gündür ayıq vəziyyətdədir, şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya məşqlərinə başlanıb, reanimasiya (intensiv terapiya) ehtiyacı qalmadığı üçün xəstə palataya köçürülüb.

Xəstəxanadan həmçinin qeyd edilib ki, palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir: “Xəstə fasilələrlə yeridilməyə başlanıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir”.

Hadisə dekabrın 25-i Bakının mərkəzi küçələrindən birində baş verib.

Etiketlər: