XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:26:57 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İran ABŞ ilə yalnız bərabərhüquqlu dialoqa hazır olduqda danışıqlara başlayacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, İran ABŞ ilə danışıqlara yalnız Vaşinqton təzyiq siyasətindən imtina edib səmimi və bərabərhüquqlu dialoqa hazır olduqda başlaya bilər.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Beyruta səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Amerikalılar danışıqların diktə deyil, dialoq olduğunu qəbul etdikləri zaman məzmunlu danışıqlara başlamaq mümkün olacaq”, – Əraqçi vurğulayıb.

Nazirin sözlərinə görə, İran xüsusilə İsraildən gələn təhdidlər fonunda istənilən ssenariyə hazırdır:

“Biz müharibə istəmirik, lakin ona hazırıq. Danışıqlara da hazırıq, amma bu danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır”, – o əlavə edib.

Etiketlər: