XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:35:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pakistan Banqladeşə JF-17 qırıcılarının satışını müzakirə edir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Pakistan Banqladeşə JF-17 tipli döyüş təyyarələrinin satışını nəzərdən keçirir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı hər iki ölkənin hərbi hava qüvvələrinin komandanları Pakistanın paytaxtı İslamabadda danışıqlar aparıblar.
Pakistan ordusunun açıqlamasında bildirilir ki, rəsmi İslamabad Banqladeşə “Super Muşak” tipli təlim təyyarələrinin verilməsi ilə bağlı da qarşı tərəfə zəmanət təqdim edib.
Qeyd edək ki, JF-17 qırıcıları Pakistan və Çin tərəfindən birgə istehsal olunur və Pakistan Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarələrindən hesab edilir.

Etiketlər: