XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:01:01 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabunçuda avtomobil piyadanı vurdu: gənc oğlan ölüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib. Hadisə saat 05:10 radələrində Kürdəxanı qəsəbəsi istiqamətində, Məhəmmədli dairəsi yaxınlığında qeydə alınıb.
1987-ci il təvəllüdlü Toğrul Süleymanovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil sərxoş vəziyyətdə yolun üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Etiketlər: