XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:35:51 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hələbdə Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4-ə çatıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir:

Hələbdə Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4 nəfərə çatıb.

APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, Suriya ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu bildirib.

SDQ isə Suriya ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.

Hər iki tərəf bir-birini ilk hücuma başlamaqda günahlandırır.

***

17:13

Suriya ordusunun hərbçiləri və Suriya Demokratik Qüvvələri arasında silahlı toqquşma baş verib.

APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Toqquşmalar Hələb şəhərində qeydə alınıb.

Suriya Müdafiə Nazirliyi hücumu SDQ-nin həyata keçirdiyini bildirib və bunun hökumətlə silahlı qruplaşma arasında razılaşmalara zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.