XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:26:07 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Təbrizə qar yağıbdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Təbrizə qar yağıbdır.
Bakıda külək əsir.
Təbriz yenə üşüyür
Bakının qəlbi əsir.

Orda əllər havada,
Haqsızlıq qəfəsində.
Birləşib yumruq olur
Azadlıq həvəsində.

Burda yollar salınır,
Ürəklərin içindən.
Qovuşacaq doğmalar,
Azadlığın gücündən.

Gözlərdən Araz axır,
Şahə qalxır ana Kür.
Qaranlığın bağrını
Cənub oyanıb sökür.

Müəllif: Şəhla AĞBULUD 

Mənbə: Azərbaycan.media

Etiketlər: