Azərbaycan.media xəbər verir ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, həmçinin Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı və Qobustan rayonlarında qərb küləyi əsəcək.