Azərbaycan.media xəbər verir ki, müğənni Natavan Həbibi “Qonaqcanlı” verilişində keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb. Sənətçi bildirib ki, Dado oğluna görə tez-tez onlarda qalır:
“Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadırlar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır, demək olar ki, qonşuyuq.”