Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində baş verib.
1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.