XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:10:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ajda Pekkan Azərbaycandan gələn yüksək qonorarlı Yeni il təklifini rədd etdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, məşhur türkiyəli müğənni Ajda Pekkan Yeni il gecəsində keçirilən tədbirdə iştirak etmək üçün Azərbaycandan daxil olan cəlbedici təklifi qəbul etməyib.

Tanınmış sənətçiyə Ankaradan, Bakıdan və Kiprin şəhərlərindən birindən yüksək məbləğli təkliflər göndərilib. İddialara əsasən, superulduza bir gecəlik çıxış üçün 20 milyon lirə (təxminən 792 min manat) qonorar təklif olunub.

Bildirilir ki, Ajda Pekkan bu təklifləri müalicə alan bacısı Semiramis Pekkanı tək qoymamaq üçün geri çevirib. Təşkilatçıların qonorarın artırılması ilə bağlı cəhdləri də müğənninin qərarını dəyişməyib.

Məlumata görə, Ajda Pekkan Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasinda qarşılayıb.

Etiketlər: