Azərbaycan.media xəbər verir ki, mərhum fransız aktrisa Bricit Bardonun ailəsi Fransa Prezidenti Emmanuel Makronu dəfn mərasiminə dəvət etməyib.
Fransa mediasına istinadla bildirilib ki, ailə sənətçi üçün rəsmi vida mərasiminin keçirilməsindən də imtina edib. Yelisey Sarayının rəsmi vida tədbirinin təşkili məqsədilə aktrisanın yaxınları ilə əlaqə saxladığı, lakin müraciətə cavab verilmədiyi qeyd olunur.