🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 12:37   •   🌡️ Bakı

Gürcüstanda zəlzələ olub – azərbaycanlıların yaşadığı kənd yaxınlığında

Azərbaycan.media xəbər verir ki, dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, yeraltı təkanlar Dmanisi şəhərindən 19 kilometr qərbdə, əsasən azərbaycanlıların yaşadığı Məmişli kəndi ərazisində qeydə alınıb. Zəlzələnin gücü 3,8 bal olub.

Hazırda dağıntı və ya digər fəsadlar barədə məlumat daxil olmayıb. Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.