🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 20:58   •   🌡️ Bakı

Şahnaz Şahinin “Çəkirəm” adlı şeiri

 

Ömür adlı bir kətana
Qəmi yol kimi çəkirəm.
Sənə qədər olan yeri
Göyə ah kimi çəkirəm.

Can da mənimlə küsülü
Ürək bir teldən asılı.
Əllərim vaxtdan üzülür
Səni vaxt kimi çəkirəm.

Çəkirəm nə var özümə..,
Yaxşı pis durur gözümə.
Suçumu vurur üzümə
Zalım.., dağ kimi çəkirəm!

Çəkib böyüdürəm kiçik,
Xırda, cılız adamları.
Viranə, boz adamları
Ürəyimin aynasına
Güllü bağ kimi çəkirəm.

 

Müəllif: Şahnaz Şahin

Mənbə: Azərbaycan.media