XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:24:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Biləsuvarda toy karvanında ağır qəza: iki bacı ölüb, dörd qadının vəziyyəti ağırdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, dekabrın 27-də Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə saat 16:50–17:00 radələrində Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Fidan Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı Mil-Muğan su kanalına aşıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən iki nəfər – 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmli hadisə yerində həyatını itirib. Məlumata görə, ölənlər bacı olublar və digər sərnişinlərlə birlikdə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Hadisə nəticəsində xəsarət alan daha 4 qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda pasiyentlərin müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə ümumilikdə 6 qadın olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər: