Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.
Hadisə rayon mərkəzində Melioratorlar qəsəbəsində qeydə alınıb. Xatirə Əliyevaya məxsus, ümumi sahəsi 35 kvadratmetr olan ikiotaqlı mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Qısa müddətdə alov bütün evi bürüyüb. Yanğın zamanı evdə xəstə olan iki nəfər xilas edilsə də, mənzil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.