🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 17:56   •   🌡️ Bakı

İran HHQ komandanı erməni deputat və hərbçilərlə görüşüb

Azərbaycan.media xəbər verir ki, İran Hərbi Hava Qüvvələrinin komandanı, general Bəhmən Behmard İran parlamentində erməni icmasını təmsil edən deputat Ara Şahverdiyan və hərbçilərlə görüş keçirib.

Axar.az-ın məlumatına görə, bu barədə “Mehr” agentliyi xəbər yayıb. Görüş zamanı general dini və etnik mənsubiyyətindən asılı olmayaraq, xarici təhdidlərə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.

Bəhmən Behmard bildirib ki, bütün iranlılar xarici təhdidlərə və düşmənlərin təcavüzünə qarşı birlik nümayiş etdirməli, hər hansı təcavüzkarın İrana müdaxilə etməsinə imkan verməməlidir.