XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:46:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İmişlidə dəm qazından boğulma nəticəsində 56 yaşlı keçmiş məhkum ölüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, İmişli rayonunda dəm qazından boğulma hadisəsi baş verib.

Hadisə rayonun Çahar kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri müvafiq ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Etiketlər: