XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:10:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiyanın Xalq artisti Vera Alentova dünyasını dəyişdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Xalq artisti, tanınmış aktrisa Vera Alentova 83 yaşında vəfat edib.

Bu barədə Puşkin Teatrının mətbuat xidməti açıqlama yayıb. Teatrın rəsmi saytında dərc olunan nekroloqda bildirilib:
“Böyük bir faciə baş verdi. Vera Valentinovna vəfat etdi. O, 60 il Puşkin Teatrında çalışıb. Kədərimiz sonsuzdur”.

Qeyd edək ki, Vera Alentova dünya şöhrətini 1981-ci ildə rejissor Vladimir Menşovun çəkdiyi və “Ən Yaxşı Xarici Dil Filmi” nominasiyasında “Oskar” mükafatına layiq görülən “Moskva göz yaşlarına inanmır” filmindəki baş rolu ilə qazanıb.

Aktrisa Vladimir Menşovla ailəli olub. Bu evlilikdən aktrisa və televiziya aparıcısı Yuliya adlı bir qızı var.

Etiketlər: