🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 12:37   •   🌡️ Bakı

Fransada poçt xidməti və bank sistemi kiber hücum səbəbindən iflic olub

Azərbaycan.media xəbər verir ki, Fransanın milli poçt xidməti “La Poste” güclü DDoS tipli kiberhücum nəticəsində fəaliyyətində ciddi çətinliklərlə üzləşib.

Hücum Milad bayramı ərəfəsində poçt bağlamalarının çatdırılmasında gecikmələrə və onlayn ödəniş sistemində ciddi pozuntulara səbəb olub.

“La Poste” bildirib ki, kibermüdaxilə müştəri məlumatlarına təsir göstərməyib. Lakin şirkətin bank bölməsi “La Banque Postale”ın mobil tətbiqi və onlayn xidməti istifadəçilər üçün əlçatan olmayıb.