Azərbaycan.media xəbər verir ki, bu gün Bakının Xətai, Suraxanı və Binəqdi rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Fasilə təmir işləri ilə əlaqədar həyata keçiriləcək və saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.
Məlumata əsasən, təmir işləri ilə əlaqədar olaraq aşağıdakı ərazilərin qaz təchizatında müvəqqəti dayandırılma olacaq:
Xətai rayonu: M.Hadi, R.Məmmədov, Cavanşir və X.Məmmədov küçələri