🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:40   •   🌡️ Bakı

Giessendə avtomobil avtobus dayanacağına çırpılıb: 4 nəfər xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Almaniyanın Giessen şəhərində avtomobil avtobus dayanacağına çırpılıb.

Bild qəzeti xəbər yayıb. Qəzetin verdiyi məlumata görə, “Audi” markalı avtomobilin sürücüsü eyni istiqamətdə hərəkət edən iki digər avtomobillə toqquşub. Toqquşmaya baxmayaraq, sürücü avtomobili idarə etməyə davam edib və daha sonra avtobus dayanacağına çırpılıb.

Şəhər polisinə istinadən bildirilib ki, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb.

Sürücü polis tərəfindən tezliklə saxlanılıb. Bildirilir ki, o, Giessendə yaşayan 32 yaşlı Azərbaycan vətəndaşıdır.