XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:58:18 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda quru sərhədlərin bağlı qalmasının səbəbləri açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 2026-cı il 1 aprel saat 06:00-dək uzadılması quru sərhədlərlə bağlı sualları gündəmə gətirib.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, sərhədlərin bağlı qalmasının ciddi səbəbləri var:

“Bunlar əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Eyni zamanda, müəyyən infeksion xəstəliklərin yayılma riski də nəzərə alınır. Quru sərhədlərin bağlı qalması dövlətlər arasında gediş-gəlişi çətinləşdirir. Bu, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar üçün çətinlik yaradır. Rusiya ilə sərhədlər, həmçinin Türkiyə və İrana bağlı məsələlərdə də müəyyən narazılıqlar mövcuddur. Lakin əsas prioritet dövlətin və millətin təhlükəsizliyidir”, – deputat qeyd edib.

Elman Məmmədov bildirib ki, sərhədlərin bağlı qalması dövlət əhəmiyyətli məsələlərlə bağlıdır və təhlükəsizlik amili hər zaman birinci planda saxlanılmalıdır:

“Şərait imkan verdiyi anda dövlət müvafiq qərar qəbul edəcək və quru sərhədlərin açılması təmin olunacaq. Hazırda isə bu addım məqsədəuyğun hesab edilmir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Etiketlər: