XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:10:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

22-24 dekabrda geomaqnit qasırğası gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dekabrın 22-24-də geomaqnit qasırğalarının olacağını bildirib.

Məlumata görə, günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə normadan yüksək səviyyədə olacağı proqnozlaşdırılır. Tac Dəliklərinin geoeffektiv olması səbəbilə G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.

Rəsədxanadan həmçinin qeyd olunub ki, geomaqnit qasırğaları xüsusilə elektron cihazlara və enerji sistemlərinə təsir göstərə bilər, buna görə zəruri ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunur.

Etiketlər: