XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:53:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda bəzi market və köşklərdə siqaret satışına məhdudiyyət qoyulub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, paytaxtda bəzi market və köşklərdə siqaret satışına məhdudiyyət tətbiq edilib.

Supermarketlərin kassirlərinə xəbərdarlıq edilib ki, müştərilərə eyni siqaretdən bir paket satılsın, israr ediləcəyi təqdirdə maksimum iki paket verilə bilər.

Qeyd olunur ki, bu tədbir şirkətlərin satışını dayandırması ilə əlaqədardır və yanvarın 6-dək davam edəcəyi gözlənilir.

Həmçinin qıtlıq səbəbindən bəzi köşklərdə siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artıb. Məsələn, əvvəl 4.80 manat olan “Sobranie” siqareti 5.50 manata yüksəlib, digər siqaretlərin qiyməti isə 15-20 faiz artırılıb. Satıcılar qiymətin daha da yüksələcəyini bildirirlər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Etiketlər: