XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:18:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

VAXTIN ŞEİRİ

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Gecə üzü soyuğadı,
İlin, günün bu vaxtında.
Yox olmuşun qaçdı dadı,
Gözümün yuxu vaxtında.

Havası alınıb-nədi,
Ara-sıra atan qarın.
Yarpaqlar üçün göynədi,
Ürəyi tənha çinarın.

Hər kəsin dost-düşməni var,
O kimdi duran pusquda.
“Nə var, nə yox” soruşalar.
Yo da susa, yolçusu da.

Yağır qar qarışıq kədər,
Bilinməz nədir illəti.
Əzabdır buraya qədər,
Bundan sonrası çillədi.

Dörd ünsür imiş dörd çiyin,
Keçdi əcəl həyəcanı?
Kaş ola bir güvəndiyin,
Adam tapşıra canını.

 

Müəllif: Süleyman ABDULLA

Mənbə: Azərbaycan.media 

Etiketlər: